Ötən ay ölkəyə 61 milyon dollar dəyərində avtomobil idxal edilib

2020.02.27 13:17 (UTC+04:00)

Yanvarda Azərbaycana 60 milyon 992 ABŞ dolları dəyərində 5.906 avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 36-sı sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 5.560-ı əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitəsi, 292-si yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 18-i isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.