Yanvarda Azərbaycandan 1.073 çeşiddə məhsul ixrac olunub

2020.02.27 12:44 (UTC+04:00)

Ötən ay Azərbaycandan 1.073 çeşiddə məhsul ixrac edilib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Qeyd edək ki, yanvarda Azərbaycanda ixrac əməliyyatlarının dəyəri 2 milyard 130,2 milyon ABŞ dolları olub.