Latviya Avropada ən yüksək ekoloji vergi ödəyən ölkədir

2020.02.26 18:35 (UTC+04:00)

Dünyada ekoloji tarazlığın təmin olunması üçün dövlətlərin istifadə etdikləri üsullardan biri də bu sahədə vergilərin tətbiqidir. Avropa İttifaqı (Aİ) ölkələri arasında Latviya ətraf mühitə görə ən yüksək vergi yükünə malik ölkədir.

Avropa İttifaqının Statistika Bürosunun ("Avrostat") məlumatında göstərilən rəqəmlərə əsasən, Latviyada ekoloji vergilər və sosial ödənişlərdən ümumi dövlət gəlirlərinə töhfə 10,9 faiz olub. Bu isə Aİ ölkələri arasında ən yüksək göstərici hesab edilir.