Çin ABŞ-dan kənd təsərrüfatı mallarının idxalına məhdudiyyətləri ləğv edir

2020.02.26 13:40 (UTC+04:00)

ABŞ-ın Kənd Təsərrüfatı Naziliyinin yaydığı açıqlamada ABŞ ilə Çin arasındakı "İqtisadiyyat və ticarət sazişi" çərçivəsində kənd təsərrüfatı sahəsində əldə edilən öhdəliklərin reallaşdırılması istiqamətində Çin tərəfindən bəzi addımların atıldığı bildirilib. Nazirliyin açıqlamasında bu il fevralın 14-də qüvvəyə minmiş saziş çərçivəsində ev quşları, çips hazırlanan kartof və heyvan yemləri də daxil olmaqla ABŞ-dan gətirilən bəzi kənd təsərrüfatı məhsullarının idxalı ilə bağlı məhdudiyyətlərin ləğv edildiyi bildirilib.

Bundan əlavə, açıqlamada qeyd edilib ki, ABŞ-ın vergi rüsumlarını qaldırmaq qərarına cavab olaraq Çinin ABŞ-dan gətirilən bəzi kənd təsərrüfatı məhsullarına qoyduğu analoji vergilərə də güzəşt tətbiq ediləcək.