Yanvarda avtomobil nəqliyyatı ilə ölkədən 91 min tonadək yük ixrac edilib

2020.02.26 14:12 (UTC+04:00)

Ötən ay Azərbaycandan avtomobil nəqliyyatı ilə 90,8 min ton yük ixrac olunub. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yanvarda bu nəqliyyat növü ilə ölkəyə idxal olunan yüklərin həcmi isə 161,2 min ton təşkil edib.