Vergilər Nazirliyinin Tədris Mərkəzinin təşkil etdiyi növbəti təlim 2019-cu və 2020-ci illərdə Vergi Məcəlləsinə edilən dəyişikliklərə həsr olunub. Nazirliyin Vergi cinayətlərinin ibtidai araşdırılması Baş İdarəsində keçilmiş təlimdə dinləyicilərə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin qısa xülasəsi təqdim edilib, əmtəəsiz əməliyyatlar (13.2.81-ci maddə) və bu əməliyyatların cinayət-hüquqi töfsifi, əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs (78.4-cü maddə), riskli vergi ödəyicisi (13.2.82), ümidsiz borcların silinməsi (93.1.1-cü maddə), vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri (85.4-cü maddə) və aktual olan digər mövzular təhlil edilib.
Təlimi Tədris Mərkəzinin rəis müavini Mirəli Kazımov, Mərkəzin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyev və Vergi qanunvericiliyinin tədrisi şöbəsinin rəisi Malik Əkbərov aparıb.