Kreditlərin 97,4 faizi banklar tərəfindən verilib

2020.02.25 13:19 (UTC+04:00)

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, yanvarın 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15 milyard 297,2 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi kredit portfelinin 12 milyard 378,8 milyon manatı və ya 80,9 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,4 faizi banklar, 2,6 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 272,5 milyon təşkil edib və ümumi kredit portfelinin 8,3 faizinə bərabər olub.