Aİ gəmiçilik sektoruna ekologiya vergisi tətbiq etməyi planlaşdırır

2020.02.25 13:51 (UTC+04:00)

Beynəlxalq gəmiçilik sektoru ətraf mühitə vurduğu ziyanın əvəzini ödəmək üçün yaxın gələcəkdə yeni vergi öhdəliyi ilə qarşılaşa bilər. Avropa İttifaqı (Aİ) Emissiya Ticarət Sistemi (ETS) çərçivəsində atmosferə atdıqları karbon qazının qarşılığında gəmi şirkətlərinin də vergi ödəməsinin tərəfdarıdır.

Hazırda dünya üzrə karbon emissiyalarının cəmi 3 faizi gəmiçiliyin üzərinə düşür. Lakin bu göstərici son illər sabit şəkildə artmaqdadır. Avropa Komssiyası və Parlamenti bu məsələ ilə əlaqədar ilk addımlar atsa da, beynəlxalq dənizçilik qanunlarının mürəkkəbliyi səbəbindən bu məsələnin tezliklə və asan həll olunacağı gözlənilmir.