Ötən ay hava nəqliyyatı ilə ixrac artıb

2020.02.25 12:27 (UTC+04:00)

Yanvar ayında ölkədən hava nəqliyyatı ilə 12,5 min ton yük ixrac olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə, keçən ilin yanvarına nisbətən ixracda 98 faizə yaxın artım olub. Belə ki, 2019-cu ilin yanvarında hava nəqliyyat ilə 260 ton yük göndərilib.

Cari ilin yanvarında bu nəqliyyat növü ilə ölkəyə idxal olunan yüklərin həcmi isə 865 ton təşkil edib.