Ölkədə iqtisadi fəal əhalinin 96 faizindən çoxunu məşğul əhali təşkil edir

2020.02.25 11:35 (UTC+04:00)

Fevralın 1-nə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 188,9 min nəfər olub. Dövlət Statistika Komitəsindən bildirilib ki, onların 4 milyon 937,3 min nəfərini və ya 96 faizdən çoxunu məşğul əhali təşkil edib.