Sinqapur hökuməti ƏDV-nin artırılmasını təxirə salıb

2020.02.24 18:53 (UTC+04:00)

Sinqapurda gələn ildən əlavə dəyər vergisinin (ƏDV) dərəcəsinin artırılması nəzərdə tutulmuşdu. Baş nazirin müavini, Maliyyə naziri Xen Svi Kit 2020-ci ilin dövlət büdcəsini parlamentdə təqdim edərkən bildirilib ki, koronavirus epidemiyasının iqtisadiyyata təsirləri ilə bağlı bu addımın atılması təxirə salınıb. "Dövlət gəlirlərinin və xərclərinin qiymətləndirilməsindən sonra iqtisadiyyatın cari vəziyyətini nəzərə alaraq ƏDV-nin gələn ildən 9 faizə qaldırılmaası barədə hökumətin qərarı ləğv edilib", - Baş nazirin müavini bildirib. Onun sözlərinə görə, gələn il də ƏDV 7 faiz səviyyəsində saxlanılacaq. Hökumət təmsilçisi onu da qeyd edib ki, koronavirus epidemiyasının təsiri nəticəsində yaranmış itkilərlə bağlı iqtisadiyyatın bir sıra sektorlarına vergi güzəştləri tətbiq olunacaq.