Prezident İlham Əliyev "Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında" 25 may 2018-ci il tarixli fərmanına dəyişiklik edib. Dövlət başçısının bununla bağlı imzaladığı fərmanla İqtisadiyyat Nazirliyinə, Maliyyə Monitorinqi Xidmətinin xalis aktivlərinin dəyərinin 25%-dən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri Xidmətin aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanmasına razılıq verilməsi həvalə olunub.
Maliyyə Monitorinqi Xidmətinə isə qurumun inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və işçilərin əməkhaqlarını (o cümlədən əməkhaqqına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiq etmək həvalə edilib.