Cari ildə 55,2 min unsiya qızıl və 103,7 min unsiya gümüş satışı planlaşdırılır

2020.02.24 15:10 (UTC+04:00)

Ötən il 59,2 min unsiya qızıl, 110,9 min unsiya gümüş satılıb. Bu barədə "AzerGold" QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov fevralın 24-də ötən ilin yekunları və bu il görüləcək işlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.

"2019-cu ildə qızılın satışından 141,9 milyon manat, gümüşdən isə 3 milyon manatdan çox gəlir əldə olunub. Ümumilikdə, ölkə iqtisadiyyatına 145 milyon manat məbləğində vəsait daxil olub. 2020-ci ildə qızıl və gümüşün satışına dair hədəf 55,2 min unsiya qızıl və 103,7 min unsiya gümüşdür", - deyə Z.İbrahimov qeyd edib.