Rusiyada proqressiv şkalaya keçid barədə müzakirələrə ehtiyac görülməyib

2020.02.24 13:48 (UTC+04:00)

Rusiya Federasiyasının Maliyyə naziri Anton Siluanov bildirib ki, fiziki şəxslərin gəlir vergisinə proqressiv şkalanın tətbiqi məsələsi hələlik gündəlikdə deyil, bu məsələyə 2024-cü ildən sonra baxıla bilər: "Biz 2024-cü ilə qədər vergilərin əsas dərəcələrini dəyişməyəcəyik. 2024-cü ildə isə təklifə baxacağıq: ya mövcud vergi dərəcəsini saxlayacağıq, ya da proqressiv şkalaya keçəcəyik", - Maliyyə naziri bildirib. Anton Siluanovun sözlərinə görə, vergitutmanın proqressiv şkalaya keçirilməsi məsələsi hazırda hökumət səviyyəsində müzakirə edilmir. Həmin şkalanın tətbiqi üçünsə çox şey proqressivliyin dərəcəsindən asılı olacaq.