2019-cu ilin IV rübündə 890,5 min Gürcüstan vətəndaşı xaricə səfər edib ki, bunun da 16,7 faizi Azərbaycanın payına düşüb. APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.
Hesabat dövründə Azərbaycan Gürcüstan vətəndaşlarının ən çox səfər etdiyi ikinci ölkə olub – 111,7 min nəfər. Ötən ilin oktyabr-dekabr aylarında Gürcüstan vətəndaşları ən çox Türkiyəyə səfər ediblər – 263,2 min nəfər.
Xaricə səfər edən Gürcüstan vətəndaşlarının 45,3 faizi 35-51 yaş qrupundan olub ki, onların səfərləri orta hesabla 3,8 gün çəkib. Bütün ziyarətlərin 95,5 faizi təkrarlanan olub.
Gürcüstan vətəndaşlarının ümumi səfər xərcləri 505,4 mln. lari (179 mln. ABŞ dolları), adambaşına düşən xərc isə 804 lari (285 dollar) təşkil edib.