Son üç ildə "AzerGold" QSC 173 min unsiyadan çox qızıl və 290 min unsiya həcmində gümüşün satışından ölkə iqtisadiyyatına 400 milyon manatadək vəsait cəlb edib. Bu barədə QSC-nin idarə heyətinin sədri Zakir İbrahimov fevralın 24-də ötən ilin yekunları və bu il görüləcək işlərlə bağlı keçirdiyi mətbuat konfransında deyib.
O qeyd edib ki, "AzerGold" ixraca başladığı 2017-ci ildə ölkəmiz ilk dəfə olaraq beynəlxalq bazarlara 103 min unsiya qızıl ixracını həyata keçirib. Bu göstəriciyə QSC-nin hesabına nail olunub. Beynəlxalq bazarlara göndərilən qızılın 60,3 min unsiyası QSC tərəfindən ixrac edilib.