Aqrar sahədə keyfiyyətli məhsulun yetişdirilməsini və itkisiz yığılmasını təmin etmək üçün istehsalçıların zəruri texnika ilə təchizatı yaxşılaşdırılır. Dövlət Statistika Komitəsindən bildirilib ki, bu məqsədlə 2019-cu il ərzində "Aqrolizinq" ASC tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 130,6 milyon manat dəyərində kənd təsərrüfatı texnikası satılıb.