Bir ay ərzində Azərbaycanla Belarusun ticarət dövriyyəsi 9 milyon dollar olub

2020.02.22 11:10 (UTC+04:00)

Yanvar ayında Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 9 milyon dollara yaxın olub. Bu barədə Belarus Dövlət Statistika Komitəsindən məlumat verilib. Hesabat dövründə Belarusdan Azərbaycana ixracın dəyəri 7,8 milyon dollar, ölkəmizdən Belarusa isə 1 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatlarının dəyəri 227 milyon dolları ötüb, bu da 2018-ci illə müqayisədə 23 milyon dollar çoxdur.