Azərbaycanda Ani Ödənişlər Sistemi genişləndiriləcək

2020.02.21 18:21 (UTC+04:00)

"Ani Ödənişlər Sistemi (AÖS) mövcud ödəniş ekosistemi ilə tam inteqrasiya edilmiş formada yaradılacaq. Bu sistem ilk olaraq Hökumət Ödəniş Portalı ilə inteqrasiya olunacaq və nəticədə bu gün portalda mövcud olan 550-dən çox xidmət növü üzrə ödənişləri real rejimdə həyata keçirmək mümkün olacaq". Bu barədə Ani Ödənişlər Sisteminin bölmə və layihə rəhbəri Emil Abbasov deyib.

O bildirib ki, növbəti mərhələdə sistemə banklar inteqrasiya ediləcək. Banklar öz daxili sistemlərini AÖS-in tələbləri əsasında inkşaf etdirərək müştərilərə 7/24 rejimində xidmət göstərəcək. AÖS-in əsas özəlliyi isə 3-cü tərəfin də ödənişlərini edə bilməsidir: "Daha sonra bu sistemə inteqrasiya ediləcək digər təşkilat isə kart infrastrukturunun ekvarinq şəbəkəsi və nəzarət kassa aparatlarının operatorları olacaq. Bütün bu inteqrasiyalar nəticəsində ATM-dən, POS-terminallardan, kassa aparatlarından ani ödənişləri real vaxtda və qısa müddət ərzində həyata keçirmək mümkün olacaq".