İxracda özəl sektorun payı artır

2020.02.21 18:13 (UTC+04:00)

Bu ilin yanvar ayı ərzində Azərbaycanda özəl sektor tərəfindən 1.174.384,97 min ABŞ dolları həcmində ixrac əməliyyatı həyata keçirilib. Dövlət Gömrük Komitəsinin məlumatına, hesabat ayında ölkənin cəmi ixracının 55,13%-i məhz özəl sektor tərəfindən reallaşdırılıb. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə özəl sektorun cəmi ixracda xüsusi çəkisi 4 dəfəyə yaxın artıb.

Qeyd edək ki, ötən ilin yanvar ayında ölkənin cəmi ixracının 14,54 faizini və ya 186.040,45 min dollarını məhz bu sektor əhatə edib. Hesabatda qeyd olunub ki, bu ilin yanvar ayında həyata keçirilən ixrac əməliyyatlarının 44,74 faizi və ya 953.020,17 min dolları dövlət sektoru tərəfindən həyata keçirilib.