İctimai nəqliyyatda gediş haqqını telefonun balansından ödəmək mümkün olacaq

2020.02.21 16:28 (UTC+04:00)

Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" şirkətinin abunəçiləri danışıq balansından istifadə edərək ictimai nəqliyyatda gediş haqqını ödəyə biləcək. Bunu "APA-Economics"ə şirkətin Korporativ ünsiyyət departamentinin rəhbəri Nigar Şıxlinskaya deyib.

Onun sözlərinə görə, hazırda bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi və digər tərəfdaşlarla işlər aparılır: "Şirkət olaraq bu xidməti tezliklə abunəçilərin ixtiyarına verməkdə çox maraqlıyıq".