Özbəkistanda vergi güzəştlərinin tətbiqi məhdudlaşdırılıb

2020.02.21 13:18 (UTC+04:00)

Özbəkistan Respublikasının yeni Vergi Məcəlləsində əlavə dəyər vergisi, aksiz vergisi və faydalı qazıntılardan istifadə vergisi üzrə güzəştlərin verilməsi istisna edilib. Dövlət Vergi Komitəsi sədrinin müavini Fazliddin Umarovun sözlərinə görə, yeni Vergi Məcəlləsində vergi güzəştlərinin bütün meyarları əks olunub. Ayrı-ayrı güzəştlər istisna şəklində yalnız ölkə Prezidentinin sərəncamı ilə verilə bilər. Güzəştlər bundan sonra 3 ilə qədər müddətə, vergi dərəcəsinin 50 faiz aşağı salınması şəklində ediləcək. Bununla belə, hakimiyyət hasilatın pay bölgüsü sazişlərində xarici neft-qaz şirkətləri üçün müəyyənləşdirilmiş vergi güzəştlərinə yenidən baxmayacaq.

Xatırladaq ki, Özbəkistanda 2018-ci ilin iyun ayından başlayan vergi islahatlarının başlıca məqsədi ölkədə rəqabət mühitinin və sərməyələr üçün əlverişli şəraitin yaradılmasıdır.