AZƏRTAC reytinq agentliklərinin yaydığı məlumata istinadla xəbər verir ki, "Fitch” agentliyi Azərbaycanın xarici və yerli valyutada uzunmüddətli kredit reytinqini “BB+" səviyyəsində təsdiq edib, reytinq üzrə proqnoz "sabit" saxlanılıb.
"Standard and Poor's" isə ölkəmizin xarici və yerli valyutada uzunmüddətli kredit reytinqini "BB+", yaxınmüddətli kredit reytinqini "B" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu "sabit" saxlayıb.