Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərdə mikro sahibkarlıq subyektləri üçün bir çox güzəştlər nəzərdə tutulub. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.
Vergi Məcəlləsinə əlavə edilmiş 102.1.30 və 106.1.20-ci maddələrə əsasən, mikro sahibkarlıq subyekti olan fiziki və hüquqi şəxslər öz gəlir və mənfəətinin 75 faizi həcmində güzəşt əldə edəcəklər.
Məcəllənin 218.5-ci maddəsinə edilmiş əlavəyə əsasən, aşağıdakı vergi ödəyiciləri qanunun tələbindən irəli gələrək məcburi qaydada sadələşdirilmiş formada verginin hesablanması hüququndan məhrum edilirlər:
Sadələşdirilmiş verginin ödəyicisi olmasına məhdudiyyət qoyulan fiziki və hüquqi şəxslər 1 yanvar 2019-cu ildən müvafiq olaraq gəlir və mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərəcəklər. Mikro sahibkarlıq subyekti kateqoriyasına uyğun gələn bu tip vergi ödəyiciləri rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq müvafiq olaraq gəlir və mənfəət vergisi üzrə cari ödəmələrin həyata keçirilməsi zamanı Vergi Məcəlləsinin qeyd olunan maddələrinə əsasən mikro sahibkarlıq subyektlərinə tətbiq edilən vergi güzəşti alır.
MİSAL:
1. (10.000+15.000)-(8.000+7.000)=10.000 manat (mənfəət),
2. 10.000*20%=2.000 manat (mənfəət vergisi);
3. 2000*75%=1500 manat (mənfəət vergisi üzrə cari vergi ödəməsi).
Vergi ödəyicisi 1.500 manat bəyan etməsinə baxmayaraq, vergi orqanı şəxsi vərəqədə 1.500-300=1200 manat göstərəcək.
Vergi Məcəlləsinə əlavə olunmuş 102.1.30 və 106.1.20-ci maddələrə əsasən, vergi ödəyicisi cari vergi ödəməsini hesablayarkən artan yekunla hesablanmış gəlirin (dövriyyənin) məbləği 200.000 manatı keçmirsə, cari vergi məbləğinə 75 faiz azadolma tətbiq edə bilər. Başqa sözlə, mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların gəlirinin 75 faizi, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin isə mənfəətinin 75 faizi vergidən azad edilir.