"Facebook" rəhbərliyi OECD-nin rəqəmsal vergi islahatını dəstəkləyir

2020.02.20 18:47 (UTC+04:00)

Dünyanın ən böyük sosial media platforması olan "Facebook" şəbəkəsinin təsisçisi Mark Zukerbeq İqtisadi İnkişaf və Əməkdaşlçıq Təşkilatının (OECD) təklif etdiyi rəqəmsal vergi islahatını dəstəklədiyini bildirib.

Bu islahat çərçivəsində indiki ilə müqayisədə daha çox vergi ödəməkdən narahat olmayacağını qeyd edən M.Zukerberq rəqəmsal sənaye sahələrinin zamanın tələb etdiyi şəkildə hərəkət etməsinin önəmli olduğunu vurğulayıb.