Ötən ay 15 milyon dollar həcmində polietilen və polipropilen ixrac olunub

2020.02.20 17:59 (UTC+04:00)

Azərbaycan yanvarda 15.009,39 min dollar dəyərində polietilen və polipropilen ixrac edib. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, Azərbaycanın yanvar ayının qeyri-neft sektoru üzrə ixracında polietilenin payı 5,98 faiz təşkil edib.

Bundan başqa, ötən ay Azərbaycan 6.591,09 min dollar dəyərində 8.036,5 ton polipropilen (ilkin formalarda) ixrac edib. Azərbaycanın yanvar ayının qeyri-neft sektoru üzrə ixracında polipropilenin payı 4,68 faiz təşkil edib.