Auditorlar üçün seminarlar təşkil olunub

2020.02.20 16:21 (UTC+04:00)

Ölkədə aparılan iqtisadi islahatlara dəstək verilməsi, şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, vergidən yayınma hallarının qarşısının alınması sahəsində qabaqcıl təcrübənin tətbiqi və bu sahədə sahibkarlara, iş adamlarına, müəssisə və təşkilatlara metodoloji yardım göstərilməsi məqsədilə Auditorlar Palatasının auditorlar üçün seminarları başlayıb.

"Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi" mövzusuna həsr olunmuş seminarlar martın 2-dək mərhələli şəkildə davam edəcək.