Ötən ay xidmət və ticarət dövriyyəsi 4 milyard manat olub

2020.02.20 15:57 (UTC+04:00)

Yanvar ayında istehlakçıların tələbatının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 4 milyard manat olmaqla 2019-cu ilin müvafiq ayına nisbətən müqayisəli qiymətlərlə 3,6 faiz artıb. Dövlət Statistika Komitəsindən bildirilib ki, qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri ötən ilin eyni ayının səviyyəsini real ifadədə 3,8 faiz üstələyərək 3,8 milyard manata bərabər olub, onun 46,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.

Hesabat ayında istehlak bazarında bir istehlakçı orta hesabla 402,5 manatlıq və ya 2019-cu ilin eyni ayı ilə müqayisədə 20,4 manat çox əmtəə alıb və ödənişli xidmətlərdən istifadə edib.