Bu ilin yanvarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 55,9 milyon manat dəyərində məhsul istehsal olunub. Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin eyni ayı ilə müqayisədə geyim istehsalında 70,1 faiz artım, toxuculuq sənayesində 1,4 faiz, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalında isə 59,7 faiz azalma müşahidə edilib.