Latviya hökuməti vergiləri artırmağı müzakirə edir

2020.02.20 13:51 (UTC+04:00)

Latviyanın Maliyyə Nazirliyi nəzdində Fiskal İntizam Şurasının sədri xanım İnna Şteynbuka bildirib ki, Şura hökumətə vergiləri artırmağı tövsiyə edib. Onun sözlərinə görə, rəhbərlik etdiyi qurum konkret şəkildə hansı vergiləri artırmaq barədə tövsiyə vermir, "ümumilikdə ölkənin vergi siyasətinə nəzarət edir". Xanım Şteynbuk aqeyd edib ki, hökumətin təxirəsalınmaz layihələri maliyyələşdirməsi üçün büdcə kəsirini və ya dövlət borcunu artırmaq qayğısı olmamalıdır, vergi yükü artırılmalıdır. Fiskal İntizam Şurasının sədri qeyd edib ki, ölkədə vergilərin ümumi daxili məhsulun 33-35 faizi səviyyəsinə qaldırılması məqsədəuyğundur.

2021-2025-ci illər üzrə vergi siyasətinin müəyyənləşdirilməsi ilə bağlı layihənin bu ilin iyun ayına qədər təsdiqlənəcəyi ehtimal olunur.