Bu ilin yanvar ayında Azərbaycan 317,1 min ABŞ dolları dəyərində 46,8 ton çay ixrac edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 2,1 dəfə azdır. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ay ölkəyə 5.161,1 min dollar dəyərində 1.337,9 ton çay idxal olunub ki, bu da 2019-cu ilin analoji ayı ilə müqayisədə 2,1 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan alüminium ixracını artırıb. Belə ki, yanvar ayında 8.991,80 min ABŞ dolları dəyərində 4.744 ton alüminium və ondan hazırlanmış məmulatlar ixrac edib. İxrac edilən alüminium və ondan hazırlanan məmulatların dəyəri 2019-cu ilin yanvar göstəricisi ilə müqayisədə 30,1 faiz, həcmi isə 43,6 faiz artıb.