Bu ilin yanvar ayında Azərbaycana idxal olunan yeyinti məhsullarının dəyəri 96.412,02 min ABŞ dollarına bərabər olub. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, cari ilin ilk ayında yeyinti məhsulları üzrə idxalın həcmi ötən ilin analoji dövrünə nisbətən 14 faiz azalıb.
Hesabat dövründə ölkəyə 7.419,58 min dollar dəyərində 4.637,95 ton ət, 953,80 min dollar dəyərində 574,96 ton süd idxal olunub. Ölkəyə həmçinin 4.966,43 min dollar dəyərində 1.007,14 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub.