Ötən ay əsas kapitala yönəldilmiş vəsaitin 55,8 faizi sənaye, 26,1 faizi isə tikinti sahələrinə sərf olunub. Dövlət Statistika Komitəsindən bildirilib ki, ay ərzindən həmin vəsaitin 9,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi və texniki fəaliyyət, 2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, hər birində 0,6 faiz olmaqla kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, dövlət idarəetməsi və müdafiə, sosial təminat, 0,5 faizi informasiya və rabitə, 0,4 faizi təhsil, hər birində 0,3 faiz olmaqla əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, digər sahələrdə xidmətlərin göstərilməsi, 0,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, hər birində 0,1 faiz olmaqla inzibati və yardımçı xidmətlərin göstərilməsi, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət sahələrinə sərf edilib.
Qeyd edək ki, yanvarda ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 996,7 milyon manat vəsait yönəldilib.