Ötən il Azərbaycanda bərpaolunan enerji mənbələrinin 7 faizindən istifadə olunub. Elektrik enerjisinin 93 faizi isə təbii qaz hesabına istehsal edilib. Bu barədə Energetika nazirinin müavini Elnur Sultanov jurnalistlərə müsahibəsində deyib.
O bildirib ki, hazırda Azərbaycanda bərpaolunan enerjinin qoyuluş gücünün enerji sistemindəki payı 17 faizdir. Respublikada elektrik enerjisinin əldə edilməsində daş kömürdən və dizeldən demək olar ki, istifadə olunmur.