Bu ilin yanvarında Azərbaycanda avtomobil nəqliyyatı ilə 10,4 mln. ton yük daşınıb. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz çoxdur. Dövlət Statistika Komitəsinin hesatına görə, ötən ay ölkədə avtomobil nəqliyyatı ilə 128,4 mln. sərnişin daşınıb ki, bu da 1,5 faiz artım deməkdir.
Məlumata əsasən, sərnişinlərin 96,4 faizi avtobus, 3,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 4,9 faiz, sərnişin dövriyyəsi isə 1,5 faiz artıb.
Hesabat dövründə Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarında da artım müşahidə olunub. Belə ki, yanvar ayı ərzində 194,4 min sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqaysədə 19,1 faiz çoxdur. Komitənin məlumatına görə, sərnişindaşımaların 99,7 faizi dövlət, 0,3 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Məlumata əsasən, hava nəqliyyatı ilə yükdaşıma 25,6 faiz artaraq 22,6 min tona çatıb.