Bu il bərpaolunan enerji üzrə hərraclar keçirilə bilər

2020.02.19 15:24 (UTC+04:00)

"Bu il Azərbaycanda bərpaolunan və alternativ enerji sahəsində layihələrin inkişafı üzrə hərracların keçirilməsi imkanı kifayət qədər yüksəkdir". Bu barədə Azərbaycanın Energetika nazirinin müavini Elnur Soltanov jurnalistlərə söyləyib: "Bu, qanunvericilik çərçivəsində hazırlanır. Bizim bərpaolunan enerji sahəsində qanunumuz artıq vizalanma mərhələsindədir.

Eyni zamanda, hərrac üçün hazırlıq işləri aparılır. Hərracların 2020-ci ildə həyata keçirilmə ehtimalı kifayət qədər yüksəkdir".