Beynəlxalq audit şirkəti olan "PwC"nin hesabatına əsasən, 2018-2019-cu futbol mövsümündə "Barselona" futbol klubu adını daşıdığı şəhər üçün 1 miyard 191 milyon avro həcmində ticarət həcmi yaradıb. Bu göstərici şəhərin ümumi iqtisadi həcminin 1,46 faizini təşkil edir.
Klub keçən mövsümdə 19.500 nəfəri işlə təmin edib, İspaniyanın dövlət büdcəsinə isə 366 milyon vergi ödəyib.
Müqayisəli göstəricilərə əsasən, 2014-2015-ci illər mövsümündə şəhərin iqtisadiyyatına 906 milyon avro vəsait cəlb edən "Barselona" keçən il həm öz ticarət həcmini böyüdüb, həm də şəhər iqtisadiyyatına töhfəsinin həcmini təxminən 30 faiz artırıb.
"Barselona" klubu yalnız adını daşıdığı şəhərin iqtisadiyyatında deyil, Kataloniya əyalətinin iqtisadiyyatında da böyük rol oynayır. 2018-ci ilin iyun ayı ilə 2019-cu ilin iyun ayı arasında Kataloniyanın ticarət həcminin 0,57 faizini "Barselona" yaradıb.