Gürcüstandan avtomobil ixracı 2 dəfəyə qədər artıb

2020.02.19 14:08 (UTC+04:00)

Yanvar ayında Gürcüstandan ümumi dəyəri 51.767,8 min ABŞ dolları dəyərində olan minik avtomobilləri ixrac edilib. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilib. Ötən ay minik avtomobilləri Gürcüstanın ümumi ixracında 19,7 faiz payla qonşu ölkənin bir nömrəli ixrac məhsulu olub. İllik müqayisədə bu növ nəqliyyat vasitələrinin ixracı 97,8 faiz artıb.

Hesabat dövründə Gürcüstanın minik avtomobilləri idxalında da artım qeydə alınıb. Belə ki, qonşu ölkə 49.968,8 min ABŞ dolları dəyərində avtomobil idxal edib ki, bu da illik müqayisədə 29,5 faiz çoxdur. Minik avtomobilləri Gürcüstanın idxal etdiyi üçüncü əsas mal olub və ümumi idxalda payı 8,1 faiz təşkil edib.