"İqtisadi zona" proqramının 16 fevral 2020-ci il tarixli buraxılışı Video

2020.02.19 14:22 (UTC+04:00)

ATV ilə Vergilər Nazirliyinin birgə layihəsi olan "İqtisadi zona" proqramının növbəti buraxılışında 2020-ci ildə vergi xidmətinin əsas istiqaməti – "kölgə iqtisadiyyatı" ilə bağlı mübarizə, əməkhaqqı, pensiya və müavinətlərin artımı, Hövsandakı sosial evlərin tikintisinin başa çatması və satışı şərtləri, Azərbaycana köhnə avtomobillərin idxalı sahəsində yaranmış problemlər, ölkədə fəaliyyət göstərən dönərxanaların standartlara uyğunlaşdırılması, ölkəyə banan və mobil telefon idxalı, manatın məzənnəsinə təsir göstərən amillər və bunun perspektivləri barədə süjetlər nümayiş etdirilib.

Proqramın qonağı Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli sosial xidmətlər sahəsində aparılan islahatlarla bağlı maraq doğuran suallara aydınlıq gətirib.