Bu ilin yanvar ayında Gürcüstanın Azərbaycanla xarici ticarət dövriyyəsinin həcmi 102.749,4 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin hesabat dövrü ilə müqayisədə 3,7 faiz və ya 3 701,4 min dollar azdır. Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Hesabat ayında Gürcüstan Azərbaycandan 58.767,9 min dollarlıq mal və məhsul idxal edib ki, bu göstərici əvvəlki illə müqayisədə 9 faiz azalıb. Azərbaycandan idxal Gürcüstanın hesabat dövründəki ümumi idxalının 9,5 faizini təşkil edib.
Yanvar ayında Gürcüstanın Azərbaycana ixracı isə 43.981,5 min dollara bərabər olub. Bu, 2019-cu ilin eyni ayı ilə müqayisədə 27,6 faiz çoxdur. Azərbaycana ixrac Gürcüstanın ümumi ixracının 16,7 faizini təşkil edib. Nəticədə, Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsində 14.786,4 min dollarlıq mənfi saldo yaranıb ki, bu da illik ifadədə 50,9 faiz azalıb.
Ötən ilin yanvarında mənfi saldo 30.131,4 min dollara bərabər olub.