Yanvar ayında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 486,7 min ton təşkil edib, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz azdır. Dövlət Statistika Komitəsinin hesabatına görə, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 36,5 faiz neft yükləri təşkil edib. Hesabat dövründə dəniz limanları tərəfindən 785,5 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.
Qeyd edək ki, yüklərin 761,1 min tonunu və ya 96,9 faiz tranzit yüklər təşkil edib: "2020-ci il fevral ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 19,5 min ton olub. Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2019-cu ilin müvafiq dövrünə nisbətən 50 faiz artaraq 1,8 min nəfər olub".