Azərbaycanın maliyyə sektorunda çalışan muzdlu işçilərin sayı illik müqayisədə 2,8 min nəfər və ya 11 faiz artaraq bu il yanvarın 1-nə 28 min nəfər təşkil edib. "APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 5,2 min nəfəri dövlət, 22,8 min nəfəri özəl sektorun payına düşüb. Hesabata əsasən, artım dövlət sektorunda 0,4 min nəfər və ya 8,3 faiz, özəl sektorda isə 2,4 min nəfər və ya 11,8 faiz təşkil edib.
Qeyd edək ki, 2019-cu ildə bu işçilər üçün orta aylıq nominal əmək haqqı illik müqayisədə 12 faizə yaxın artaraq 1.630,9 manat (dövlət sektorunda 1.679,7 manat, özəl sektorda 1.619,3 manat) təşkil edib.