Ötən il Azərbaycanda qaz istehlakı artıb

2020.02.19 11:27 (UTC+04:00)

2019-cu ildə ölkədə əmtəəlik təbii qaz ehtiyatları 26,8 mlrd. kubmetr olub. Dövlət Statistika Komitəsinin hesabatına görə, onun 91,4 faizi hasilatın, 8,6 faizi ilin əvvəlinə mövcud olan ehtiyatın hesabına formalaşıb. Belə ki, 2019-cu ildə qaz hasilatının həcmi 24,495 mlrd. kubmetr, ilin əvvəlinə mövcud ehtiyatın həcmi 2,305 mlrd. kubmetr olub. Ehtiyatların 42,7 faizi və ya 11,444 mlrd. kubmetri ölkə daxilində istehlak edilib.

Hesabat dövründə ümumi ehtiyatın 45,5 faizi və ya 12,194 mlrd. kubmetri ixrac olunub. 2019-cu ildə 2,7 faiz və ya 724 mln. kubmetr itki olub, 9,1 faiz və ya 2,439 mlrd. kubmetr yanvarın1-i vəziyyətinə ehtiyat kimi qalıb.

2019-cu ildə əməəlik təbii qaz ehtiyatlarının həcmi 2018-ci ildən 15,5 faiz çox olub.

Ölkə daxilində istehlak edilən qazın həcmi əvvəlki illə müqayisədə 9,4 faiz artıb. Ötən il ixrac edilən qazın həcmi 2018-ci ildən 23,7 faiz çox olub.