Rusiyada "tax free" çərçivəsində 36 min çek təqdim olunub

2019.01.26 18:53 (UTC+04:00)

Rusiyaya qonaq gəlmiş əcnəbilər "tax free" sistemi fəaliyyətə başladığı müddət ərzində cəmi 36 min çek təqdim ediblər ki, bunun da 11 mini keçən ilin yayında Rusiyada keçirilmiş futbol çempionatının dövrünə düşür. Federal Vergi Xidməti rəisinin birinci müavini Ruslan Davıdov bildirib ki, çempionat başa çatandan sonra "tax free" sisteminə maraq da nəzərəçarpacaq dərəcədə azalıb: "Hazırda biz elektron interfeyslər üzərində işləyirik və hər bir çağırış faktı ştamp vurulmadan elektron şəkildə təsdiq olunacaq".

Federal Vergi Xidməti rəsmisinin sözlərinə görə, "tax free" sisteminin əsas istifadəçiləri Çin Xalq Respublikasından gələn vətəndaşlardır və onların ən çox aldıqları mallar paltar və zərgərlik məhsullarıdır. Bundan başqa, ƏDV-nin qaytarılması üçün ayrı-ayrı ölkələrin vətəndaşlarının müraciətlərində ayaqqabı, xəz və dəri məhsulları, kosmetika vasitələri, qol saatları, nərə balığı kürüsü və mobil telefonlar kimi mallar da üstünlük təşkil edir. Hər çek üzrə malların orta məbləği isə 94 min rubla (2423 manat) yaxındır. 2019-cu il üzrə yanvar ayının 25-dək 3 minə yaxın çek tərtib olunub.