Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsinin bu ilin fevralın 1-i vəziyyətinə olan ilkin məlumatına əsasən, ölkədə iqtisadi fəal əhalinin sayı 5.188,9 min nəfər olub, onlardan 4 937,3 min nəfərini məşğul əhali təşkil edib. Məlumatda qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,14 faiz, məşğul əhalinin sayı isə 1,24 faiz artıb.
2020-ci il fevral ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 86,2 min nəfər olub, onların 37,7 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 295,6 manat təşkil edib.