Bu ilin yanvar ayında Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 1,2 mln. ton yük və 406 min sərnişin daşınıb. Dövlət Statistika Komitəsinin hesabatına görə, 2019-cu ilin eyni dövrü ilə müqayisədə dəmir yolu ilə yük daşınmasında 0,8 faiz azalma, sərnişin daşınmasında isə 72 faiz artım müşahidə olunub.
Məlumata əsasən, orta hesabla sutkada 358 vaqon yüklənilib, 318 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 16,4 min ton, Qərb istiqaməti üzrə 3 min ton, cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib.