Yanvar ayında büdcənin icrasında ÜDM-in 6,4 faizi həcmində profisit yaranıb

2020.02.18 15:55 (UTC+04:00)

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, yanvar ayında dövlət büdcəsinin gəlirləri 1 milyard 821 milyon manat, xərcləri 1 milyard 402,9 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, büdcənin icrasında 418,1 milyon manatlıq və ya ümumi daxili məhsulun 6,4 faizi qədər profisit yaranıb.