ABŞ hökuməti Avropa İttifaqından idxal olunan "Airbus" təyyarələrinə gömrük vergisinin dərəcəsini 10 faizdən 15 faizə qaldırmaq qərarına gəlib. Yeni tarifin tətbiqinə mart ayının 18-də başlanacaq.
Qeyd edək ki, Amerika hökuməti oktyabr ayında Avropadan idxal edilən mallara tətbiq etdiyi gömrük tarifinə əsasən, "Airbus" təyyarələri üçün gömrük vergisinin dərəcəsini 10 faizə qaldırmışdı.