"KOB-ların ÜDM, məşğulluq və ixracda payının artırılması strateji hədəflərimizdəndir"

2020.02.18 11:36 (UTC+04:00)

"Azərbaycanda kiçik və orta biznesin (KOB) ümumi daxili məhsulda (ÜDM), məşğulluqda və ixracda payının artırılması strateji məqsədlərdəndir". Bu fikirləri mətbuat nümayəndələri ilə görüşündə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov səsləndirib: "2025-ci ildən sonrakı dövrdə KOB-ların payının ÜDM-də 60 faizə, məşğulluqda 70 faizə, ixracda isə 40 faizə çatdırılması hədəflənir. Bu gün Agentlik olaraq iqtisadiyyatın müxtəlif sahələri üzrə KOB-ların inkişafı üzərində çalışırıq. Bunun üçün xarici ölkələrin KOB qurumları ilə sıx əməkdaşlıq qurmağa müvəffəq olmuşuq. Biz ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə də əməkdaşlıq edirik və onlar təkliflərimizi diqqətlə dinləyirlər".