Azərbaycanda qızıl və gümüş istehsalı 63 faiz artıb

2020.02.18 11:03 (UTC+04:00)

Bu ilin yanvar ayında Azərbaycanda 404,9 kq qızıl hasil edilib ki, bu da 2019-cu ilin analoji dövrü ilə müqayisədə 63 faiz çoxdur. Dövlət Statistika Komitəsinin hazırladığı hesabata əsasən, ötən ay ölkədə 540,4 kq gümüş istehsal edilib. 2019-cu ilin müvafiq ayı ilə müqayisədə bu göstərici 2,6 dəfə artıb.